Вернуться назад Распечатать

Nazir milyonları necə gözdən itirir?

Naxçıvan Səhiyyə naziri Samiq Sadıxovun baldızının iti üçün mənzil aldığı xəbərini eşidəndən sonra onun başqa macəralarına təəccüblənmirəm. 

Bu barədə Sima Babayeva özünün facebook səhifəsində maraqlı paylaşım edib.

1xeber.media paylaşımnı olduğu kimi təqdim edir:

Bu adamın Muxtar Respublikanın səhiyyəsini bərbad hala salıb, amma naşılığına görə yox, bilərəkdən. Onun əmlakı, varidatı haqqında oxuyanda hər şeyin məqsədli olduğu məlum olur. 

Necə olubsa, Samiqin vəzifədə  olduğu müddətdə qaynatasının,qardaşlarının, bəzi qohumlarının və kirvəsinin maddi vəziyyəti sıçrayışla artıb, bahalı daşınmaz əmlakları peyda olub. 

Məsələn, Naxçıvanın Kükü kəndində əmisi oğlu Seymur Sadıxovun villası əmələ gəlib. Qardaşı Bayram isə 2024-cü ildə Diaqnostika Mərkəzinin qarşısında 280 min manata 6 sot torpaq sahəsi alıb. Bakıda da özünə güzəran qurmağı unutmayıb. 

Beləki, Ağ Şəhərdə kirvəsi Sahilin adına iki üçotaqlı mənzil var. Həmçinin "See Breez"də də Sahil bəy iki mənzilə sahib olub. 

Həmçinin Samiqin dövlətdən taladığı,korrupsiya yolu ilə əldə etdiyi çirkli pullarla öz avtomobil zapçastı biznesini daha da böyüdüb.

Nazir kirvəsinin vergidən yayınma və qeyri-şəffaf maliyyə dövriyyəsi ilə bağlı şübhələr var. Dövlət Vergi Xidməti və digər aidiyyatı orqanlar Sahil adlı şəxsin və nazirin qardaşının, əmisi oğlunun hansı maliyyə mənbəyi hesabına qısa müddətdə var-dövlət sahibi  olduğunu müəyyənləşdirsə, çox suallara aydınlıq gələ bilər.Ardı var…