Honkonqda yaşayış kompleksində son 17 ildə baş verən ən dəhşətli yanğın 13 nəfərin həyatına son qoyub.
1xeber.media xəbər verir ki, yanğın təxminən 4000 sakinin yaşadığı səkkiz 31 mərtəbəli binanın hamısını əhatə edib. İyirmi iki nəfər yaralanıb və yüzdən çox heyvan yanan kompleksdə qalıb.
Hadisə yerində 767 yanğınsöndürən və 400 polis əməkdaşı çalışır. Sakinlər üçün müvəqqəti sığınacaqlar açılıb və Qırmızı Xaç qurbanlara psixoloji dəstək göstərir.
Yanğın binaların bambuk çərçivələrindən başlayıb və sürətlə yayılıb.
***
Honkonqda təxminən 2000 mənzilin olduğu səkkiz bloklu nəhəng yaşayış kompleksində yanğın baş verib.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, alov qısa müddətdə bütün mənzilləri bürüyüb. Hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər isə yaralanıb.