Вернуться назад Распечатать

Oyundan sonra hakimi söydü - La Liqada qalmaqal

“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqanın 13-cü turunda “Elçe” ilə oyundan (2:2) sonra baş hakim Fransisko Maesoya qarşı nalayiq ifadə işlədib.

1xeber.media xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.

Məlumata görə, hakim ona etiraza görə sarı vərəqə göstərən anda Mbappe fransızca Maesoya “iyrənc alçaq” deyib. Hadisə oyun sonrası tuneldə də davam edib. Belə ki, Mbappe rəqib futbolçunun müdaxiləsinə reaksiya verərək yenidən eyni sözləri işlədib.

Qeyd edək ki, futbolçunun narazılığı hakimin əlavə vaxtı nəzərə almadan oyunu bitirməsi ilə bağlı olub. Mbappenin fikrincə, “Elçe”nin qapıçısına göstərilən uzun tibbi yardım kompensasiya olunmalı idi.