Вернуться назад Распечатать

Afghanistan Times: Pakistanın keçmiş baş naziri Xan həbsxanada öldürülüb

Pakistanın keçmiş baş naziri İmran Xan naməlum şəraitdə həbsxanada öldürülüb.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 26-da “Afganistan Times” məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Qəzet X sosial media platformasında (keçmiş Twitter) yazıb: “Pakistandakı etibarlı mənbə “Afganistan Times” qəzetinə İmran Xanın müəmmalı şəkildə öldürüldüyünü və cəsədinin həbsxanadan çıxarıldığını təsdiqləyib.

Siyasətçinin zorakılıqla ölməsi ehtimalı hələ rəsmi olaraq təsdiqlənməyib.