Cari ildə qızıl qiymətləri əhəmiyyətli dərəcədə artıb. Avqustun 18-də qızılın bir troya unsiyasının qiyməti 3333 dollar idisə, iki ay ərzində qiymət rekord həddə çataraq 4381 dolları ötüb.
1xeber.media xəbər verir ki, sonuncu dəfə qızıl qiymətlərində belə artım 1979-cu ildə baş vermişdi. Ancaq daha sonra qiymətlər təxminən 4000 dollar səviyyəsində olub.
Cari il noyabrın 26-da isə qızılın bir troya unsiyasının qiyməti 4196,6 dollara çatıb.
2024-cü ildə başlayan qızılın yüksəliş tendensiyası 2025-ci ilin aprelindən sonra sürətləndi. Lakin bu tendensiya davamlı olmayıb və vaxtaşırı kəskin enişlər də müşahidə edilib.
Ekspertlərin fikrincə, qızıl qiymətlərindəki dalğalanmaların bir çox səbəbi var - bunlardan biri investorların mənfəət əldə etmək üçün satış etməsidir.
“CPM İnvestisiya Şirkəti”nin baş direktoru Ceffri Kristian qarşıdakı həftələrdə və aylarda artım gözlədiklərini bildirib: “Tezliklə qızılın bir troya unsiyasının qiyməti 4500 dollara çatsa təəccüblənmərik. Həmçinin 2026-cı ildə qızılın bir troya unsiyasının qiyməti 5000 dollara çatsa təəccüblü olmayacaq. Bu ssenari daha çox qlobal siyasi iğtişaşların artmasından asılıdır, amma qiymətlər daha çox artım istiqamətində gedir”.