Вернуться назад Распечатать

Tramp ona qarşı cinayət işinin bağlanmasını alqışlayıb

ABŞ prezidenti Donald Tramp ona qarşı cinayət işinin dayandırılmasını alqışlayıb.

1xeber.media xəbər verir ki, O, bunu noyabrın 26-da sosial şəbəkədəki Truth Social hesabında yazıb.

"Gorciya ştatında qanun və ədalət hökm sürür, çünki Fanni Uillisin mənə və digər amerikalı vətənpərvərlərə qarşı korrupsiyalaşmış ifritə ovu tamamilə rədd edilib", - yazıda deyilir.

Trampın sözlərinə görə, Demokrat Partiyası rəsmilərinin ittihamları Trampın 2020-ci il prezident seçkilərini saxtalaşdırması ilə bağlıdır.