Вернуться назад Распечатать

Mingəçevirdə abadlıq işləri üçün 249 minlik tender 10 manatlıq şirkətə verilib

Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyindəki  Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər ərazisində abadlıq işləri üçün mal-materialların satınalınması üzrə tender keçirib.

1xeber.media xəbər verir ki, tenderin qalibi “VNM Invest” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və şirkətlə 249.044,07 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.

Satınalma çərçivəsində uşaqlar üçün əyləncə qurğusu, müxtəlif fitnes və hava gəzintisi alətləri, qaynaq çubuqları, tikinti toru, mərmər və qranit səthlər üçün yapışdırıcı, kafel və metlax yapışdırıcısı, fəvvarə üçün mozaika kafel, asfalt, mərmər, çınqıl və bitum kimi tikinti materialları alınacaq. Məhsulların hamısı uşaqlar və istifadəçilər üçün təhlükəsiz və uzunömürlü olmalı, UV və suya davamlı, ekoloji təmiz materiallardan hazırlanmalıdır.

Məlumata görə, tenderin qalibi Rzayev Arif Susaməddin oğlunun rəhbərlik etdiyi şirkətdir və nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Bundan əvvəl şirkətin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. Tender nəticəsi 10 manatlıq şirkətin böyük dövlət müqaviləsi qazanması ilə diqqət çəkir.

32gun.az