Вернуться назад Распечатать

Bülbüloğlunu muzeydə oğurluq və sirli ölümlərlə nə bağlayır?

Vəkil Aslan İsmayılov sosial şəbəkədə diqqət çəkən açıqlama verib. O, keçmiş Mədəniyyət Naziri Polad Bülbüloğlunu Azərbaycan mədəni irsini hərraca çıxarmaqda və mədəniyyəti məhv etməkdə ittiham edib.

İsmayılov bildirib ki, 15 iyun 1993-cü ildə Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində baş verən oğurluq hadisələri hələ də tam araşdırılmayıb. Onun sözlərinə görə, ard-arda muzey direktorlarının zəhərlənmədən dünyasını dəyişməsi və oğurluqda əsas fiqur olan güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimovun cinayət məsuliyyətindən azad edilməsi ciddi suallar doğurur.

1xeber.media həmin yazını təqdim edir:

“Mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəni irsini hərraca çıxaran, mədəniyyətini məhv edən Polad Bülbüloğlu da bu gün mədəniyyətin qeydinə qaldığından danışır.  Çox istərdim ki, 15 iyun 1993-cü ildə Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində baş vermiş oğurluq hadisəsi də yenidən araşdırılsın. Ən əsası necə oldu ki, ard-arda həmin muzeyin direktorları zəhərlənmədən dünyasını dəyişdilər? Həmin əsərlərin oğurlanmasında əsas fiqur olan, uzun illər beynəlxalq axtarışda olan güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimovu kimlər ölkəyə gələndən az sonra cinayət məsuliyyətindən azad etdilər?  Bu hadisələri çox yaxşı bilirəm, ona görə ki, elə həmin vaxtdan 1999-cu ilə qədər bu işin araşdırılması ilə məşğul olmuşam. 1999-cu ildə oğurlanmış 300 əsərin (Bremen muzeyinə məxsus 12 tanınmış əsər istisna olmaqla) Azərbaycana qaytarılması, həqiqi oğruları müəyyən edilməsi üçün dəfələrlə ABŞ-da olmuşam, axtarışda ola-ola hətta ABŞ-da belə məni təhdid edən A.İbrahimovun hədə-qorxularına baxmayaraq Nyu York federal məhkəməsində andlılar qarşısında çıxış da etmişəm. Həmin illəri dövrü mətbuatında bu hadisələrə aid yüzlərlə yazı və çıxışım var”, -deyə o qeyd edib.

Gununsesi.info