Gələcəkdə bəlkə ola bilər, lakin hazırda bu xəbərlər həqiqəti əks etdirmir.
1xeber.media xəbər verir ki,bu sözləri Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Axar.az-a açıqlamasında rayonun yeni icra başçısı Elvin Paşayevin Kamran Orucovu baş mütəxəssis-sürücü vəzifəsindən çıxarması və indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin etməsilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.
Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.