Pakistanın keçmiş Baş naziri İmran Xan sağdır.
1xeber.media “Geo News”a istinadən xəbər verir ki, Adiala həbsxanasının rəhbərliyi bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, İmran Xanın səhhəti haqda dolaşan iddialar həqiqəti əks etdirmir və o, lazımi tibbi xidmətlə təmin olunur.
Həmçinin, rəhbərlik onun başqa müəssisəyə köçürüləcəyi barədə yayılan məlumatların da doğru olmadığını bildirib.
Qeyd edək ki, Əfqanıstan mediasında Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanada öldüyü ilə bağlı xəbərlər yayılmışdı.