"Heç bilinmir ki, seçki nə vaxt olacaq? Seçkiyə dörd il qalıb. Ay aman, Tahir mandat istəyir".
1xeber.media pravda.az-a istinadla xəbər verir ki, bunu sabiq deputat Tahir Kərimli deyib.
O, sosial şəbəkə hesabında yenidən mandat almaq arzusuna düşdüyü barədə iddiaları təkzib edərk əlavə edib:
“Yaşlaşmışam. Bu gedişi edən idimsə, seçkiqabağı edərdim ki, mandat qazanım. Məni də özləri kimi bilirlər. Özləri ömur boyu bütün münasibətlərini şəxsi münasibətlər üzərində qurublar. Müsavatçılıq əqidəsinin arxasında gizləniblər. Yalnız şəxsi maraqlarını güdüblər. Buna görə də hesab edirəm, ortaya atılan iddialar gülüncdür. Heç kim bilmir, taleyi necə olacaq”.