“Xəzər” televiziyasında yayımlanan və Vüsalə Əlizadənin aparıcılıq etdiyi “İncə səhər” verilişinin bugünki yayımını yarımçıq dayandırılıb.
1xeber.media xəbər verir ki, proqramda son günlər adı Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqalda hallanan xanandə Almaxanım Əhmədli, müğənnilər Pərviz Abdullayev və Namiq Qasımov qonaq qismində iştirak edib.
Almaxanımın ifasından sonra verilişdə reklam nümayiş olunub və proqramın davamı yayımlanmayıb.
“Xəzər” televiziyası və aparıcı bunun səbəbi barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, bunun əvəzinə kanalda serial yayıma başlayıb.