İmişlidə şəkər dərmanı almaq istəyən xəstələr ciddi problemlə üzləşiblər. Belə ki, şəkər xəstələri hər ay onlara veriləcək dərmanları almaq üçün İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında uzun növbələrdə gözləməli olurlar. .
İmişli sakinləri bildiriblər ki, kəndlərdə tibb məntəqələri olmasına baxmayaraq, dərmanlar birbaşa İmişli Rayon Mərkəzi Xəstəxanasından verilir. Bu səbəbdən uzun növbələr yaranır və xəstələr əziyyət çəkir.
Vətəndaşlar dövlət tərəfindən onlara verilən dərmanların kəndlərdəki tibb məntəqələrinə göndərilməsini xahiş ediblər.