Вернуться назад Распечатать

KTMT-yə sədrlik Rusiyaya keçdi

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi öz üzərinə götürüb.

1xeber.media xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 27-də keçirilən iclasında bildirib.

KTMT dövlət başçıları Şuranın növbəti iclasının 11 noyabr 2026-cı ildə Rusiyada keçirilməsinə qərar veriblər.

Ermənistan iclasda iştirak etməyib.