Вернуться назад Распечатать

Minik maşını "Bakı Bus"a çırpıldı: ölən var

Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, minik maşını "Bakı Bus"a məxsus sərnişin avtobusuna çırpılıb.

Minik maşınında olan bir nəfər hadisə yerində ölüb, yaralılar var.

Faktla bağlı araşdırma başlanılıb.