Вернуться назад Распечатать

Rusiya səfirliyi Qvineya-Bisau paytaxtının hərbçilər tərəfindən tam ələ keçirildiyini bildirib

Qvineya-Bisau paytaxtı tam hərbi nəzarət altındadır, ofislər, banklar, bazarlar və mağazalar bağlanıb.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 27-də Rusiyanın bu ölkədəki səfirliyi məlumat yayıb.

"Şəhərin mərkəzində bəzi magistral yollar, o cümlədən çevik reaksiya verən polis bölmələri tərəfindən tamamilə bağlanıb. Şəhərin çıxışlarında və hava limanına gedən yol boyunca nəzarət-buraxılış məntəqələri qurulub".

Səfirlik qeyd edib ki, fəaliyyətinə heç bir təhlükə yoxdur, həmyerliləri və Rusiya şirkətləri ilə daimi əlaqə saxlayır.