Вернуться назад Распечатать

Sosial yardım alan şəxslərə ŞAD XƏBƏR

“Ehtiyac meyarı və yaşayış minimumunun artırılması sosial müdafiə tədbirləri baxımından vacib bir dəyişiklikdir. Çünki ünvanlı sosial yardım məbləği müəyyənləşdirilən zaman ehtiyac meyarı anlayışından istifadə olunur və praktik olaraq ehtiyac meyarı məbləğinin artırılması gəlirlərin dəyişmədiyi halda həmin ailələrin daha çox ünvanlı sosial sosial yardım almasına gətirib çıxarıb".

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, beş nəfərlik ailənin 900 manatlıq gəliri varsa və 2025-ci ildə ehtiyac meyarına uyğun olaraq həmin ailənin ehtiyac meyarı xərci orta hesabla 1425 manatdır:

"Həmin ailənin gəliri 900 manat olaraq qaldığı halda növbəti il həmin ailə üçün ehtiyac meyarı xərci 1500 manat olacaq. Nəticə olaraq bu, ona gətirib çıxaracaq ki, orta hesabla həmin ailənin aldığı ünvanlı sosial yardım məbləği 525 manatdan 600 manatadək artacaq. Praktiki olaraq müzakirə olunan məbləğ ünvanlı sosial yardım proqramına dövlət büdcəsindən dəstək alan vətəndaşlarımızın daha çox yardım almasına imkan verəcək.

Hazırda təxminən 81 minə yaxın ailə ünvanlı sosial yardım proqramından faydalanır. Bu, təxminən 353 mindən artıq ailə üzvü deməkdir. Qəbul ediləcək dəyişiklik 353 mindən artıq vətəndaşımıza potensial olaraq təsir göstərəcək. Eyni zamanda, nəzərə alsaq ki, ünvanlı sosial yardım proqramına cəlb edilən vətəndaşlarımızın və eləcə də ailələrin sayında artımlar var və bu, da daha çox vətəndaşlarımızın məhz bu qanun layihəsi və dəyişikliklərdən faydalanmasına gətirib çıxaracaq".