Вернуться назад Распечатать

Zelenskinin Ofisinin rəhbərinin evində axtarış aparılır - Fotolar - Yenilənib

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın mənzilində axtarış aparılır.

1xeber.media xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb. 

Bildirilib ki, axtarış Ukraynanın Milli Antikorrupsiya Bürosu və ölkənin Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu tərəfindən həyata keçirilir.

***

A.Yermak teleqram kanalında paylaşım edərək evində axtarış aparılmasını təsdiq edib. 

Zelenskinin Ofisinin rəhbəri əməliyyatın keçirilməsinə onun tərəfindən heç bir əngəl olmadığını vurğulayıb.