Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəb söküləcək.
1xeber.media Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Təhlisin İnkişafı Fondu tərəfindən tender elan edilib.
Belə ki, tender məktəb binasının sökülərək yerində 528 şagird yerlik yeni bina tikintisini, həmçinin məktəbin əlavə işlər və mebel avadanlıqları ilə təchiz edilməsinin satınalınmasını nəzərdə tutur.
Tenderin ehtimal olunan dəyəri 1.3 milyon manatdır.