Qərb ölkələrinin Ukrayna üçün təklif etdiyi sülh planları Avropa üçün maliyyə “qara dəliyinə” çevrilə bilər.
1xeber.media xəbər verir ki, Şərhçi Pierre Briancon Reuters üçün məqaləsində Aİ ölkələri üçün bu nəticəni proqnozlaşdırıb.
Müəllifin qeyd etdiyi kimi, həm ABŞ, həm də Avropanın son vaxtlar irəli sürdüyü bütün sülh təşəbbüsləri bu və ya digər şəkildə Kiyevin ərazi güzəştlərini nəzərdə tutur. "Bu, uzun illər Avropa iqtisadiyyatına ağırlıq gətirəcək qeyri-müəyyənlik mənbəyi yaradacaq", - Briancon iddia etdi.