İspaniyanın “Betis” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Utrext”lə (Niderland) matçda kuryoz halla üzləşib.
1xeber.media xəbər verir ki, İspaniya klubunun aparıcı üzvləri İsko Alarkon və Sofian Amrabat zədə səbəbindən erkən əvəzlənməli olublar.
Belə ki, matçın 3-cü dəqiqəsində S.Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.
Qeyd edək ki, “Betis” - “Utrext” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.