1xeber.media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və baş nazirin müavini Aleksandr Novak Moskvada Rusiya lideri Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında keçiriləcək danışıqlarda iştirak edəcəklər.
Macarıstan tərəfdən görüşdə Orbandan başqa xarici işlər naziri Péter Szijyarto-nun da iştirakı gözlənilir. Macarıstan nümayəndə heyətinin digər üzvləri hələlik açıqlanmayıb.