1xeber.media xəbər verir ki, Rusiyanın Neiry şirkəti tərəfindən bazara çıxarılan mikroçipli göyərçinlər casusluq üçün istifadə oluna bilər.
Britaniyanın "The Sun" tabloidi "Rusiya prezidenti Vladimir Putinin yeni silahı" ilə bağlı narahatlığını ifadə edib.
“Az diqqət çəkən adi şəhər göyərçinləri gizli sensorlardan istifadə edərək gizli şəkildə film çəkə və ya məlumat toplaya bilirlər”, - nəşrdə deyilir.
O, həmçinin qeyd edir ki, şübhə doğurmayan bu texnologiya döyüş bölgələrini izləməyə imkan verir.
Bir müddət əvvəl Rusiyanın Neiry şirkəti beyinlərinə neyron interfeysləri yerləşdirilmiş və onları idarə etməyə imkan verən biodron göyərçinləri hazırladığını açıqlamışdı.
2024-cü ilin noyabrında Neiry ilk dəfə olaraq siçovulun beynini süni intellektə uğurla bağladığını və istənilən suala düzgün cavab verməyə kömək etdiyini açıqladı.