
Parisin məşhur Luvr muzeyi turistlər üçün biletlərin qiymətini artırmaq qərarına gəlib.
1xeber.media “Le Monde” nəşrinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvarın 14-dən Avropa İqtisadi Zonasına (Aİ, İslandiya, Lixtenşteyn və Norveç) daxil olmayan ölkələrdən olan turistlər bilet üçün artıq 22 avro deyil, 32 avro ödəyəcəklər.
Əldə edilən vəsait hesabına muzeydə yenidənqurma işlərinin aparılması planlaşdırılır.
Bundan başqa, muzeyin təhlükəsizliyinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetiriləcəyi bildirilir.
Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan əş yan9 qiymətliı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.