Вернуться назад Распечатать

Elza yenə də fərqliliyi ilə seçildi

Əməkdar artist Elza Seyidcahan yenə fərqli stili ilə gündəmə gəlib.

1xeber.media xəbər verir ki, o Saleh Bağırouvn təqdimatında yayımlanan “Cümə axşamı” verilişinə kaska ilə qatılıb. 

Ağ, üstü rəngli qaşlarla bəzədilmiş uzun libas geyinən sənətçi paltarı ilə eyni rəngdə kaska seçimi edib.

Müğənni mahnısını ifa edərkən də kaskasını çıxarmayıb. Onun bu addımı izləyicilər tərəfindən maraqla qarşılanıb.