Вернуться назад Распечатать

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə bölgələrdə hüquq-mühafizə orqanlarında araşdırma aparmağı tapşırıb

Ukrayna prezidenti Vladimir Zelenski qərargah rəisi Andrey Yermakın vəzifəsindən azad edilməsindən sonra Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) göstəriş verib.

1xeber.media xəbər verir ki, O, bu barədə öz Telegram kanalında axşam müraciətində bildirib.

"Bölgələrdən çoxlu neqativlər gəlir. Nəticələr və mənim qərarlarım olacaq", - Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, SBU bölgələrdə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı araşdırma aparacaq.

Noyabrın 28-də Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) müstəntiqləri Yermakın evində axtarışlar aparıblar. Daha sonra bu məlumatı təsdiqləyib.