Вернуться назад Распечатать

Bu ölkələrdən Azərbaycana ət idxalı dayandırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Biləcik vilayətində dabaq xəstəliyi, Kipr Respublikasının Larnaka rayonunda blutanq xəstəliyi, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, İrlandiya Respublikasının Monahan, Liş kantonlarında, Belçika Krallığının Valoniya regionunda, Niderland Krallığının Zelandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə 1xeber.media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.