Вернуться назад Распечатать

Qüdsi Osmanovun Rumıniyanın Bakeu şəhərinə işçi səfəri baş tutdu - FOTOLAR

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun Rumıniyanın Bakeu şəhərinə işçi səfəri baş tutub.

1xeber.media xəbər verir ki, səfər çərçivəsində şəhərin meri Luçian-Daniel Stançiu-Viziteu ilə görüş keçirilib. Görüşdə iki ölkənin regionları arasında münasibətlərin inkişafı, o cümlədən Bakeu şəhərinə mədəni və iqtisadi səviyyədə yaxın olan Azərbaycanın şəhərlərinin biri ilə qardaşlıq münasibətlərin qurulması,potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və davamlı əməkdaşlıq əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Səfir qarşı tərəfə Azərbaycanda əlverişli sərmayə imkanları, Azərbaycan ilə Rumıniya arasında strateji cəhətdən böyük əhəmiyyət kəsb edən nəqliyyat və loqistika layihələri barədə məlumat verib. Həmçinin, diplomat Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri barədə danışıb.

Rumıniya tərəfi öz növbəsində Azərbaycan ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək, regionun iqtisadi və biznes imkanlarından danışıb, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Həmçinin görüşdə Rumıniya millər vəkilləri senator Sebastyan Çernik və deputat Teodor Lazar iştirak ediblər.