Вернуться назад Распечатать

Szijarto: Əgər Ukrayna ilə bağlı sülh sammiti baş tutsa, Budapeştdə keçiriləcək

Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanı əmin edib ki, Ukrayna üzrə sülh sammiti baş tutsa, Budapeştdə keçiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O, həmçinin qeyd edib ki, Moskvada Orban-Putin görüşünün nəticələri Macarıstanın enerji təhlükəsizliyinə zəmanət verib.

Daha əvvəl Kremldəki görüşdən əvvəl Putin Orbana Ukrayna üzrə Rusiya-Amerika danışıqlarını Budapeştdə keçirmək istəyinə görə təşəkkür edib. O, Moskva-Vaşinqton görüşünün Macarıstanda baş tutacağı təqdirdə şad olacağını açıqlayıb.