Вернуться назад Распечатать

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşdülər

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilən razılaşmaların bir hissəsi olaraq, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri 28 noyabr 2025-ci il tarixində Türkiyə ilə Ermənistan arasındakı Akyaka-Ahurik sərhəd keçid məntəqəsində və Ermənistanın Gümrü şəhərində görüşüblər.

1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Qars-Gümrü dəmir yolunda daşımaların bərpası və bu istiqamətdəki texniki məsələlər müzakirə olunub.