Вернуться назад Распечатать

Kəlbəcərdə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

1xeber.media xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.