1xeber.media xəbər verir ki, Türkiyənin Dəniz Administrasiyasının məlumatına görə, “Kairos” tankeri Türkiyə sahillərində Qara dənizdə yanıb.
"Türkiyə sahillərindən 28 mil aralıda, yüksüz Novorossiysk istiqamətində hərəkət edən "Kairos" tankerində xarici təsir nəticəsində yanğın baş verdiyi barədə məlumat daxil olub. 25 ekipaj üzvünün vəziyyəti normaldır", - qurum bildirib.