ABŞ və Avropa səlahiyyətliləri Andrey Yermakın Ukrayna prezident administrasiyasının rəhbəri vəzifəsindən istefa verməsindən sonra nə baş verəcəyini düşünür.
1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin reaksiyasını belə qiymətləndirib.
"Yəqin ki, həm Amerika, həm də Avropa indi maraqlanır: sabah Kiyev rejiminin taleyi necə olacaq? Bütün bu korrupsiyanın kökündə amerikalıların və avropalıların müharibəyə verdiyi pullar dayanırdı; bu, faktdır", - o deyib.
Peskov həmçinin qeyd edib ki, bu cür hadisələr Ukraynada “dərin siyasi böhrandan” xəbər verir.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yermakın istefasını şərh edib. "Müddəti bitmiş Kiyev təlxəkinin ətrafında korrupsioner rejim çökdü. Sistemin dağılması qaçılmazdır", - o yazıb.