Вернуться назад Распечатать

Bu gün axşam saatlarında Türkiyə sahillərində ikinci tanker yanıb

1xeber.media xəbər verir ki, bu gün axşam saatlarında Türkiyə sahillərində ikinci tankerdə yanğın baş verib.

Qambiya bayraqlı "Virat" gəmisi Qara dəniz sahillərində yanıb. Nazirlik yanğına “xarici faktor” səbəb olduğunu bildirib. Hadisə yerinə xilasedici gəmilər göndərilib.

Noyabrın 28-i axşam saatlarında Türkiyə sahillərində “Kairos” tankeri yanıb. Səlahiyyətlilər yanğını xarici faktorla da əlaqələndiriblər. İki insident arasındakı məsafə təxminən 270 kilometrdir.