Вернуться назад Распечатать

Qarabağ universitetində oxuyan məmur oğlu Xankəndini “Stepanakert” kimi təqdim edir

 

Qüdrət Tahirli Qarabağ Universitetinin tələbəsidir. Hazırda Xankəndi şəhərində yaşayır...

Siyəzən ayon Komunal Müəssisələri Kombinatının müvəqqəti müdir əvəzi Rasim Tahirlinin oğlu Qüdrət Tahirli özünün Facebook hesabında paylaşım edib.

1xeber.media Tribunainfo.az-a istinadla xəbər verir ki, o, hazırda olduğu Xankəndi şəhərini “Stepanakert” kimi qeyd edib.

Qeyd edilir ki, Qüdrət Tahirli Qarabağ Universitetinin tələbəsidir. Hazırda Xankəndi şəhərində yaşayır.

Bildirək ki, Azərbaycanda “Sterpanakert” adlı şəhər yoxdur. Xankəndi isə erməni işğalı altında olan zaman şəhər bu adla çağırılıb. Bir məmur oğlunun bundan xəbərsiz olması isə olduqca ayıb məsələdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.