Вернуться назад Распечатать

Xəzər Boru Kəməri Konsorsiumuna hücum olub

Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Dəniz Terminalı 29 noyabr səhəri pilotsuz qayıqların hücumu nəticəsində zədələnib.

XBKK-nın mətbuat xidmətinin məlumatına görə, "Moskva vaxtı ilə saat 4:06-da (Bakı vaxtı ilə saat 5:06) dəniz terminalının sularında pilotsuz qayıqların hədəfə yönəlmiş hücumu baş verib və ikinci tək nöqtəli lövbər salma məntəqəsinə (SPM-2) ziyan dəyib. Yükləmə və digər əməliyyatlar dayandırılıb və tankerlər sulardan yedəklənib".

Personal və ya podratçılar arasında xəsarət alan olmayıb: "Partlayış zamanı SPM-2 təcili mühafizə sistemləri işə salınıb və müvafiq boru kəmərləri bağlanıb. İlkin məlumatlara görə, Qara dənizə heç bir neft sızmayıb", - XBKK qeyd edib.