Вернуться назад Распечатать

Könül Vəlibəylinin qızının son durumu...

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

1xeber.media xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir:

"Ağciyər göstəricilərində az müsbət dinamika izlənilir".

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.