Вернуться назад Распечатать

Ağdamın başçısı kəndlərin tarixini "silir"-İDDİA

Ağdam sakinləri ölkə prezidentinə müraciət ünvanlayıblar.

1xeber.media  sözügedən müraciəti olduğu kimi təqdim edir: 

"Müzəffər Ali Baş komandan,möhtərəm cənab İlham Əliyev, Ağdam  rayonunun Çullu kənd sakinləri olaraq öz doğma kəndimizin ərazisindən 
Sizə müraciət edirik. 
 Əvvəlcə torpaqlarımızın işğaldan azad olunmasında  göstərdiyiniz şanlı tarixi xidmətə görə Sizə dərin minnətdarlığımızı  bildirir, Şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə,döyüşçülərimizə  sağlam həyat arzulayırıq. Əmin olun ki, hər zaman Sizi dəstəkləmişik və  bundan sonra da belə olacaq.
Möhtərəm cənab Prezident, Sizə müraciət etməyimizin səbəbi  rayonumuzun icra başçısı Vaqif Həsənovun kəndimizin tarixini silmək 
üçün atdığı addımlardır. O, buna var gücü ilə çalşır.
Bu gün Sizin sayənizdə  bütün Qarabağda sürətli qurucluluq işləri gedir,insanların öz doğma ata-baba yurdlarına qayıdışı təmin edilir. Ancaq təsərrüfat sayı çox olmasına  baxmayaraq bizim kəndi başqa kəndə birləşdirmək, sakinlərimizi parçalamaqla Çullu adlı kəndi tarixdən silirlər. Dəfələrlə rayon icra  hakimiyyətinin başçısına,qaçqınkoma müraciət etəsək də,onlar ən azından  bizim səsimizi, qanuni haqqımızı Sizə çatdırmayıblar.İcra başçısı Vaqif  Həsənov müxtəlif yollarla kənd sakinlərinə təzyiq göstərir ki, haqlı  tələblərimizdən, öz doğma kəndimizə qayıtmaq istəyimizdən əl çəkək. Axı  bizim kəndin qədim tarixi var,axı biz 30 il həsrətlə,min bir əziyyət  çəkməklə bu günü gözləmişik.Ancaq indi bizə süni manelər tördədilir.İcra  başçısı özünə və yaxınlarına məxsus fermer təsərüfatlarını bizim kəndin  ərazisinə,oranın munbit torpaqlarına yerləşdirib milyonlar qazancaq deyə,  biz ata yurdumuzdan növbəti dəfə didərgin salınmalıyıq?
Möhtərəm cənab Prezident,biz dövlətimizdən bizə ev tikməsini  istəmirik. Biz dövlətimizə kömək məqsədi ilə öz kəndimizdə evlərimizi  verilən layihəyə uyğun olaraq özümüz tikəcəyik. Yetər ki, oraya  qayıdışımıza icazə verilsin, suni manelər yaradılmasın."
7NEWS.az