Вернуться назад Распечатать

Hollandiya Ukrayna ilə PUA-ların birgə istehsalına dair müqavilə imzalayıb

Hollandiya Ukrayna ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair müqavilə imzalayıb.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 1-də krallığın müdafiə naziri Ruben Brekelmans məlumat verib.

“Mən ukraynalı həmkarım Denis Şmıxalla birgə istehsal müqaviləsi (“Ukrayna ilə qurun”) imzalayıram”, – o, sosial media platforması X (keçmiş Twitter) yazıb.

Pilotsuz təyyarələrin hər iki ölkədə istehsalı planlaşdırılır. Brekelmansın sözlərinə görə, birgə İHA istehsalı haqqında saziş hər iki ölkənin təhlükəsizliyini, dayanıqlığını və innovasiyasını gücləndirir.