Вернуться назад Распечатать

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi istefaya göndərildi

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov istefaya göndərilib.

1xeber.media xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezidenti Sadır Japarovun Mətbuat xidməti yayıb.

Həmin posta Rustam Mamasadıkov təyin edilib. O bu təyinata qədər ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini olub.

Fotoda: Rustam Mamasadıkov