Вернуться назад Распечатать

Kallas: Aİ Ukraynaya 187 milyard avrodan çox xərcləyib

Avropa İttifaqı (Aİ) Ukraynaya 187 milyard avro xərcləyib.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 1-də Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas məlumat verib.

“Avropa artıq Ukraynaya 187 milyard avro yardım göstərib ki, bu da hamıdan çox”, - Kallas Aİ Xarici İşlər Şurasının və Müdafiə Nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Aİ-nin baş diplomatı həmçinin Ukraynaya nə qədər çox vəsait ayrılsa, onun danışıqlar masasında mövqeyi bir o qədər möhkəmlənəcəyini əsas gətirərək, maliyyələşdirmənin artırılmasına çağırıb.