Вернуться назад Распечатать

Quru sərhədlərin açılması məsələsi GÜNDƏMƏ GƏLDİ

Sərhədlərin açılması məsələsinə bir daha baxılsın.

1xeber.media  məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Azərbaycanda ictimai və dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur:

"Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də sərhədlər açılmalıdır ki, Gürcüstandakı və İrandakı azərbaycanlılar öz vətənlərinə rahat gələ bilsinlər".