1xeber.media xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib. Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bildirilib ki, qoşulma işləri ilə bağlı Şəhər-1 xəttində 30 min abonentin, Şəhər-3 xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.
Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.