İstər dövlət istərsə, özəl sahədə işçilərin məzuniyyət haqlarının tapdanması problemi ilə tez-tez qarşılaşırıq. Əksəriyyəti bu vəziyyətdən şikayətçi olsa da, işini itirmək istəmir. Bu pozuntu halları olan zaman işçi nə edə bilər?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, belə bir qayda pozuntusu ilə qarşılaşan işçi işə götürənin qeydiyyatı üzrə rayon və ya şəhər məhkəməsinə müraciət edə bilər:
"Ona dəyən zərər üçün əlavə istirahət günləri və ya əmək haqqını istəyə bilər.
İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi əmək qanunvericiliyinin pozulmasına aiddir. Qanuna əsasən məzuniyyət haqları düzgün sayılmayıbsa, işə götürənin vəzifəli şəxs 700 manatdan 1500 manatadək cərimə edilə bilər. Məzuniyyətin verilməməsi, konpensasiyanın ödənməməsi və.s pozuntular edən şəxs 1500 manatdan 2000 manatadək cərimə edilir".