Вернуться назад Распечатать

Putin Andreyevi Rusiyanın Slovakiyadakı səfiri təyin edib

Rusiya prezidenti Vladimir Putin Sergey Andreyevi Rusiya Federasiyasının Slovakiyadakı səfiri təyin edib.

1xebe.media xəbər verir ki, Müvafiq fərman dekabrın 2-də rəsmi hüquqi informasiya saytında dərc olunub.

"Sergey Vadimoviç Andreyev Rusiya Federasiyasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - sənəddə deyilir.

Həmçinin qeyd edilir ki, həmin gün Rusiya lideri Andreyevi Rusiyanın Polşadakı səfiri vəzifəsindən azad edib.