1xeber.media xəbəe verir ki, terrorçuların Suriyada torpaqları ələ keçirməsinə icazə verilməsi qəbuledilməzdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin paytaxtında keçirilən XXII Doha Forumunda deyib.
“Biz imkan verməməliyik ki, terror qruplaşması torpaqları ələ keçirsin.BMT-nin qətnaməsi sayəsində mövcud olan razılaşmaların pozulmasıdır. O, Suriya Ərəb Respublikasının suverenliyini, ərazi bütövlüyünü və birliyini vurğulayır, terrorçuların suriyalıların dinc həyatına müdaxilə etmək cəhdlərini pisləyir və hökumətlə müxalifət qrupları arasında birbaşa dialoqa çağırır”, - deyə o bildirib.