Вернуться назад Распечатать

Mədəniyyət Nazirliyİ telefon sistemini yenilədi: QİYMƏT 6.065,2 AZN!

 Mədəniyyət Nazirliyi mühüm rəqəmsal yeniliyə imza atıb. Nazirliyin daxili kommunikasiya sisteminin modernləşdirilməsi məqsədilə İP telefoniyasının lisenziyalı proqramlarının tətbiqi üzrə xidmətlərin satın alınması başa çatıb.

​Bu tender prosesinin qalibi bəlli olub və cəmiyyətdə maraq doğuran məbləğ açıqlanıb.​Mədəniyyət Nazirliyi üçün bu xidmətlərin satın alınması üzrə keçirilən tenderi "BAKİNİTY DİSTRİBUTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qazanıb.

​Məlumatlara görə, qalib şirkətin təklif etdiyi yekun qiymət 6.065,2 AZN təşkil edib. Bu məbləğ nazirliyin İP telefoniya sisteminin müasir tələblərə cavab verən lisenziyalı proqram təminatları ilə təchiz edilməsinə sərf olunacaq.

​Təchizat işlərini isə "ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ həyata keçirib.