Вернуться назад Распечатать

Bayramov Vyanaya getdi

Xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

1xeber.media  XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində nazirin dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Bununla yanaşı, C.Bayramovun tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır.