Вернуться назад Распечатать

Bakıda 200 manata meyvə satılır

Hər il olduğu kimi bu il də payız, qış mövsümündə alça və gilasın qiyməti kəskin bahalaşıb. 

Kiloqramı 100-200 manata satılan meyvələrin alıcısı da çoxdur. Satıcıların sözlərinə görə, hər iki meyvə xaricdən gəlir:

“Gilasin kilosu 100, alça isə150, 200 manata, çiyələyin kilosu isə 15-20 manata satılır. Satıcılar bildirirlər ki, bu meyvələr keçən il 300-350 manat arası idi”.

Bəs qiymətlər niyə bahadır?

“Qiymətlərin baha olmasına səbəb məhsulların xaricdən gəlməsi ilə bağlıdır. Məhsul təyyarə ilə gələndə 20-30 manat daha baha olur, amma tırla gələndə daha münasibdir. Hər məhsulun özünün alıcısı var”.

Sakinlər isə qiymətləri çox baha hesab edirlər. Necə deyərlər könlü balıq istəyənin quyruğu suda olmalıdır.

milli.az