1xeber.media xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, Amerika Suriyadakı vəziyyətə qarışmamalıdır. O, müvafiq yazısını dekabrın 7-də Truth Social sosial şəbəkəsində dərc edib.
“Suriya tam bir qarışıqlıqdır, lakin o, bizim dostumuz deyil və ABŞ-ın bununla heç bir əlaqəsi olmamalıdır. Bu bizim mübarizəmiz deyil. Qoy hər şey öz axarı ilə getsin”, – Tramp yazıb.Onun sözlərinə görə, suriyalı yaraqlılar indi “Suriya prezidenti Bəşər Əsədi devirmək üçün ciddi addımlar atmağa” hazırlaşırlar.